Samir Əliyev Rusiyada qol vurdu
29.04.2013 - 08:59
Samir Əliyev Rusiyada qol vurdu
Rusiyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Novorossiyskin "Çernomorets" klubunun U-15 komandası ilə qarşılaşıb. Komandamız Samir Əliyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın heyətində Bahadur Həziyev penalti zərbəsini qola çevirə bilməyib.

Mənbə: affa.az