Elxan Məmmədov tarixi qələbəyə şahidlik etdi
29.04.2013 - 09:08
Elxan Məmmədov tarixi qələbəyə şahidlik etdi
Futzal üzrə UEFA kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun Tiflisdə izlədiyi final matçında “Kayrat” Moskva “Dinamo”sunu 4:3 hesabı ilə məğlub edib.

Bununla da Qazaxıstan çempionu tarixi qələbə qazanıb. Final mərhələsinin digər iştirakçıları – meydan sahibləri “İberia Star”la “Barselona” ilə 3-cü yer uğrunda oyunu turnirin son qalibi olan ispanların 4:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Məmmədov Gürcüstan Futbol Federasiyasının dəvəti ilə final mərhələsinin matçlarını izləməyə gedib.