İbrahima Niasse: Bəyəm çempionat başa çatıb? - MÜSAHİBƏ
29.04.2013 - 09:04
Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən oyunda “İnter” çempionluq yolunda əsas rəqiblərindən olan “Neftçi”yə məğlub oldu. Cari mövsümdə rəqibini yenə bilməyən “bankirlər” həm də qarşılaşmanı azlıqda başa vurdu. Hakim tərəfindən ikinci sarı-qırmızı vərəqə ilə cəzalandırılan İbrahim Niasse həm də penaltiyə səbəb oldu. Oyundan sonra apasport.az saytının suallarını cavablandıran seneqallı yarımmüdafiəçi hakimin qərarına da münasibət bildirib:
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Nə danışım? Normal oyun oldu. “Neftçi” yaxşı komandadır. Qələbə qazandılar. Nəticəni də normal hesab edirəm. Lakin hələ heç nə bitməyib.
- Oyuna yaxşı başladınız. Hətta birinci hissənin əvvəlində üstünlük sizdə idi. Bəs fasilədən sonra niyə bu qədər zəif təsir bağışladınız?
- Belə düşünmürəm. Hər iki hissədə eyni cür oldu. Yaxşı oynadıq. Lakin birinci qol həlledici oldu. Həm də matçın gedişində azlıqda qaldıq. Bu cür oyunda azlıqda mübarizə aparmaq asan deyil.
- “Neftçi” ilə xal fərqini minimuma endirmək əvəzinə, əksinə artırdınız. İndi 7 xal fərqiniz var. “İnter” üçün çempionluq yarışının bitdiyini demək olarmı?
- Niyə ki? Bəyəm çempionat başa çatdı? Qarşıda necə tur var?
- 4. Reallığı nəzərə alsaq, bu fərqi aradan qaldırmaq mümkün olacaq?
- Çətin olacaq, amma mümkünsüz deyil. Ümidimizi itirməmişik. “Neftçi” də xal itirə bilər. Fərq böyükdür, lakin qarşıdakı oyunların sayı bu fərqin aradan qaldırılmasına imkan verir. Sona qədər mübarizə aparacağıq. Artıq bu oyunu unutmalıyıq. Sabahdan həftəsonu keçirəcəyimiz oyunun hazırlığına başlayacağıq.
- Qırmızı vərəqə ilə razısınız?
- Hakim haqlı idi. Həmin epizodda əllə oyun var idi.
- Penalti qərarı düzgün idi?
- Bəli.

0
0