Martın ən yaxşısı – Marius Pena!
29.04.2013 - 10:36
Martın ən yaxşısı – Marius Pena!
Topaz Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun rumıniyalı hücumçusu Marius Pena jurnalistlər arasında keçirilən sorğunun qalibi olub.

Qış fasiləsində paytaxt təmsilçisinə keçən Pena ötən ay çempionatda vurduğu 4 qolla komandasının “altılığ”a çıxmağında böyük rol oynayıb.

Maris bu gün saat 15:00-da Peşəkar Futbol Liqası (PFL) ilə Topazın “Four Seasons” otelində keçirdiyi tədbirdə mükafatlandırılacaq.

Martda ən yaxşı qolun müəllifi olan AZAL-ın yarımmüdafiəçisi Cavid Tağıyevə də mükafat veriləcək. Onun “Qəbələ”yə 6:1 hesabı ilə qalib gəldikləri oyunda künc zərbəsindən birbaşa qapıya vurduğu qol PFL-nin rəsmi saytına böyük üstünlüklə 1-ci olub.

Qeyd edək ki, apasport.az saytı da Penaya martın ən yaxşı futbolçusu kimi səs verib.