“Xəzər Lənkəran” üzərində qələbəyə ispan şərhi
29.04.2013 - 11:19
“Bizim üçün uğurlu alındı. Final mərhələsində 5-ci qələbəmizi qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər AZAL-ın futbolçusu Xuan Fransisko Qarsiya Martinesə məxsusdur.
İspaniyalı legioner Topaz Premyer Liqasının XXVIII turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb.
Xuanfran kimi tanınan müdafiəçi ikinci “altılıq”da qazanılan növbəti qələbədən məmnun qalıb: “Con Toşakın rəhbərlik etdiyi komandaya qarşı yaxşı oynadıq. Biz “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub etdik. İndi istirahət etmək, növbəti oyunlar üçün qüvvəmizi bərpasına vaxt ayıra bilərik”.
Qeyd edək ki, 7-ci pillədə qərarlaşan AZAL topladığı 45 xaldan 16-nı final mərhələsinin 6 matçında əldə edib.

0
0