“Bakı”dan poker
29.04.2013 - 11:39
Peşəkar Futbol Liqasının keçirdiyi “Ayın oyunçusu” mükafatı 4-cü dəfə “Bakı” klubunun üzvünə nəsib olub. Apasport.az saytının məlumatına görə, ötən ayın ən yaxşısı olan rumıniyalı hücumçu Marius Penayadək paytaxtın eyniadlı təmsilçisinin 3 üzvü bu mükafata sahib çıxmışdı.
2010-cu ilin mayında xorvatiyalı Aleksandar Şoliç Premyer Liqanın ən yaxşı futbolçusu seçilmişdi. “Bakı”nın növbəti uğuru 1 il 5 ay gözləmək lazım gəldi. 2011-ci ilin oktyabrında kosta-rikalı Uinston Parkls mükafata sahib çıxdı. 2011/12 mövsümünün sonunda isə litvalı Deyvidas Çesnauskis hamıdan güclü çıxdı. 2012-ci ilin mayında mükafata layiq görülən legioner “Unibank”la birlikdə təşkil edilən son sorğunun qalibi olmuşdu. Ondan sonra “Topaz”la keçirilən sorğu ərəfəsində isə 9 ay mükafat heç kimə verilmədi.
Qeyd edək ki, 27-ci dəfə baş tutan sorğuda yalnız 2 klub - “Neftçi” və “Qarabağ”ın futbolçuları daha çox mükafat qazanıb – müvafiq olaraq 7 və 6 dəfə.

0
0