Vüsal Əliyevin səhvi
29.04.2013 - 11:57
Vüsal Əliyevin səhvi
Topaz Premyer Liqasının XXVIII turunda “Neftçi” – “İnter” oyununda kobud hakim səhvi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, matçın protokoluna diqqət yetirərkən hakimin əvəzetməni düzgün yazmadığı ortaya çıxıb.

Belə ki, oyunun 88-ci dəqiqəsində İlqar Ələkbərov Abdulla Abatsiyevin əvəzinə meydana daxil olub. Lakin baş hakim Vüsal Əliyev Ələkbərovun Baçana Sxadadzenin yerinə meydana daxil olduğunu göstərib.

Düzdür, matçın gedişi zamanı “İnter”in baş məşqçisi Kaxaber Sxadadze əvvəlcə oğlu Baçananı əvəz etmək istəyib. Ancaq sonradan fikrini dəyişdirərək, Abatsiyevi meydandan çıxarıb. Protokolda isə Abdullanın 90 dəqiqə oynadığı göstərilib.

Qeyd edək ki, Əliyev sabiq FİFA hakimi, əvəzləmələrə cavabdeh olan Orxan Məmmədov sabiq FİFA hakim-köməkçisidir.