Gülağa Cabbarov: Həmin olay matçın raportunda qeyd olunub
29.04.2013 - 13:02
AFFA İntizam Komitəsinin növbəti iclasında “Simurq” klubunun baş məşqçisi Georgi Çixradzenin etdiyi hərəkət araşdırılacaq. Toplantıda gürcüstanlı çalışdırıcının Topaz Premyer Liqasının XXVIII turunda “Bakı” ilə oyundan sonra azarkeşi vurduğuna görə sərt cəzalanması barədə qərar çıxarılacağı gözlənilir.
Belə ki, matçın AFFA nümayəndəsi raportunda insidenti qeyd edərək, bu haqda AFFA-nın Hakim-İnspektorlar Komitəsini rəsmən məlumatlandırıb. Bu haqda apasport.az saytına komitə sədri Gülağa Cabbarov məlumat verib: “Hadisənin təfsilatı haqda sizə nəsə deyə bilərəm. Ancaq komitə sədri onu bildirirəm ki, AFFA nümayəndəsinin raportunda olayla bağlı qeyd var. Belə məsələlərə hakim-inspektor yox, AFFA nümayəndəsi cavabdehdir. Biz də onun raportunu İntizam Komitəsinə göndərəcəyik. Artıq bu qurum məsələyə baxıb, müvafiq qərar çıxaracaq. Bu, onlara aid məsələdir. Biz üzərimizə düşən vəzifəni edirik və raportda yazılanlarla bağlı açıqlama verməyə səlahiyyətimiz yoxdur”.
Qeyd edək ki, İntizam Komitəsinin iclası adətən çərşənbə axşamı keçirilir.
Mehman SÜLEYMANOV

0
0