PSJ-də oynamış hücumçu Azərbaycan yolunda
29.04.2013 - 14:20
Polşanın “Legiya” klubunun futbolçusu Daniel Lüboya karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 35 yaşlı hücumçunun agenti Marek Yozvyak açıqlayıb.
Vaxtilə Serbiya və Çernoqoriya milli komandasının şərəfini qorumuş, yığmada 19 oyuna 1 qol vuran veteran DÇ-2006-nın final mərhələsinin də iştirakçısıdır. Bu ilin iyununda “Legiya” ilə müqaviləsi başa çatan Daniel gələcək karyerası ilə bağlı götür-qoy edir. Yozvyak isə müştərisinə konkret təkliflər verib: “Azərbaycan, Yaponiya və Fransa klublarından 3 təklifimiz var. Lakin Daniel Polşada qalmağın tərəfdarıdır və başqa ölkəyə getmək istəmir. Çünki burada ildə 300 min avrodan çox qazanır”.
Qeyd edək ki, Fransada “Soşo”, “Strasburq”, “Nitsa”, PSJ, “Qrenobl”, Almaniyada “Ştutqart”, “Volfsburq” və “Hamburq” kimi klublarda çıxış etmiş hücumçu 2 ildir Varşava təmsilçisinin şərəfini qoruyur. Lüboya 2 dəfə Fransa, 1 dəfə Polşa kubokunu qazanıb, Fransa çempionatında gümüş medal əldə edib və 2 dəfə Fransa Superkubokunun finalçısı olub.

0
0