Georgi Çixradzeyə cinayət işi açıla bilər
29.04.2013 - 14:31
“Həmin oyunun birinci hissəsinə mən də baxdım. Qalmaqal görüşdən sonra baş verdiyi üçün mən hadisənin necə yarandığını görməmişəm. Ümumiyyətlə, indiyədək belə halla rastlaşmamışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.
Topaz Premyer Liqasının XXVIII turunda keçirilən “Bakı” - “Simurq” matçı biabırçı olayla yekunlaşdı. Qarşılaşmanın final fitindən sonra Zaqatala təmsilçisinin baş məşqçisi Georgi Çixradze tribunaya qalxaraq, azarkeşlə əlbəyaxa oldu. Gürcüstanlı çalışdırıcı oyunu izləyən fanatı söyməklə yanaşı, ona bir neçə zərbə vurub.
Bu xoşagəlməz vəziyyətə şərh verən Malıyevin fikrincə, Çixradzenin xəsarət yetirdiyi həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər: “Hərəkətində cinayət tərkibi olduğundan, Çixradzeyə cinayət işi açıla bilər. Burada 2 maddə - insan sağlamlığına zərər vurma və xuliqanlıq var. Ancaq insanın bunu edib-etməməyi artıq onun şəxsi işidir. Biz ona qarışa bilmərik”.
AFFA qalmaqalın özünə aid olan tərəfinə baxaraq, Çixradzeni cəzalandırmaq hüququna malikdir. Apelyasiya və Ekspert Komitəsinin üzvü olan Malıyev məsələyə İntizam Komitəsində baxılmalı olduğunu bildirib: “Baş verən olay qeyd olunubsa, buna İntizam Komitəsində mütləq baxılacaq. Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə əsasən baş məşqçi haqda inzibati tədbir görüləcək”.
Qeyd edək ki, Cinayət Məcəlləsində 126-cı maddə qəsdən sağlamlığa ağır zərər vurmanı, 221-ci maddə xuliqanlığı nəzərdə tutub.
Mehman SÜLEYMANOV

0
0