“Neftçala”da baş məşqçi dəyişikliyi
29.04.2013 - 15:17
Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Neftçala”da baş məşqçi dəyişikliyi olub. Bu barədə apasport.az saytına komandanın prezidenti Famil Səfiyev məlumat verib.
Onun sözlərinə görə, Kamal Ələkbərov planlarına uyğun gəlmədiyi üçün yeni baş məşqçi ilə anlaşıblar: “Ələkbərov bizim istəyimizə uyğun komanda qura bilmədi. “Neftçala”nın əsas məqsədi gənc futbolçular yetişdirmək, gələcəyin komandasını qurmaqdır. Bu səbəbdən yeni, təcrübəli çalışdırıcı ilə anlaşdıq”.
Səfiyev bildirib ki, qarşıdakı 2 ildə “Neftçala” “Şahdağ”da çıxışı ilə tanınan Bəhrəm Şahquliyevə tapşırılıb: “Artıq yeni müqavilə imzalanacaq. Əgər o istədiyimiz komandanı qura bilsə, anlaşma başa çatdıqdan sonra da klubda qalacaq. Heyətə gəlincə, bunu Şahquliyevin özü quracaq”.
Qeyd edək ki, “Neftçala” 22 oyundan sonra turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

0
0