“Qəbələ” “Fortuna”ya qalib gəlib, vətənə döndü
29.04.2013 - 15:24
“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın “Fortuna” (Düsseldorf) klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” əzmkar qələbə qazanıb.
Oyuna sürətli başlayan təmsilçimiz üstün tərəf olsa da, hesabı rəqib açıb. Buna baxmayaraq, “Qəbələ” hücumlarını səngitməyib və oyunu öz lehinə çevirə bilib. Öncəki iki sınaq oyununda fərqlənən (“Qəbələ” - “Brügge” 2:0, “Qəbələ” – “Ayaks” 1:1) Rövlan Muradov “Fortuna”nı da məyus etməyi bacarıb - 1:1. Ardından isə Baxşəli Baxşəliyev komandasını irəli çıxarıb - 2:1.
Matçda son nöqtəni almanlar qoyublar. Hüseynqulu Quliyevin yetirmələrinin təzyiqi qarşısında çaşqın duruma düşən “Fortuna” müdafiəçisi topu öz qapısına göndərib - 3:1. Bu matçla Hollandiya toplanışına yekun vuran “Qəbələ” 2 qələbə və 1 heç-heçə ilə vətənə dönüb.

0
0