Arda Turan Azərbaycan prezidentinə forma hədiyyə etdi
29.04.2013 - 16:44
Bakıda səfərdə olan İspaniyanın “Atletiko” (Madrid) klubunun nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Apasport.az saytının Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, görüşdə “Atletiko”nun türk ulduzu Arda Turan Azərbaycan prezidentinə arxasında “İlham Aliyev” yazılmış 10 nömrəli “Atletiko” forması hədiyyə edib.
Qeyd edək ki, “Atletiko” (Madrid) komandası aprelin 30-da "Bakı" futbol klubunun "ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanacaq.
Qeyd edək ki, “Atletiko” (Madrid) komandası aprelin 30-da "Bakı" futbol klubunun "ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanacaq.
0
0