“Atletiko” “Bakı”nın bazasında böyük coşğu ilə qarşılandı
29.04.2013 - 18:22
“Atletiko” “Bakı”nın bazasında böyük coşğu ilə qarşılandı
Ötən gecə Azərbaycana gələn “Atletiko” klubu az öncə “Bakı”nın bazasına gəlib. Apasport.az saytının məlumatına görə, madridlilər bazanın girişində onları gözləyən çoxsaylı jurnalist və azarkeş ordusunun böyük coşğusu ilə qarşılanıb.

Komanda üzvləri baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında paltardəyişmə otağına yollanarkən, skripka ifaçısı Səlim öz məharətini göstərib. O, qonaqlar mətbuat konfransına gələnə kimi dünyada məşhur “Gangam Style”nin mahnısını ifadə edib. Bu, orada ispan jurnalistlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, az sonra Simeone və futbolçuların mətbuat konfransı keçiriləcək.