Arda Turan: Bakıda özümü evimdəki kimi hiss edirəm
29.04.2013 - 18:40
“Azərbaycanda olmaqdan çox məmnunam. Burada özümü evimdəki kimi hiss edirəm. Məni belə isti qarşıladığınıza görə minnətdaram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Atletiko”nun türkiyəli futbolçusu Arda Turan bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
O, “Bakı”nın bazasında keçirilən tədbirdə gördüyü xoş münasibətdən ağızdolusu danışıb: “Formamızın üzərində Azərbaycan sözü yazılmağı məni məmnun edir. Hər halda, biz bir millət, iki dövlətik. Bu layihənin həyata keçirilməyində böyük əməyi olan “Bakı”nın prezidenti Hafiz Məmmədova dərin minnətdarlığımı bildirirəm. Burası mənim öz doğma yurdumdur. Fürsətdən istifadə edib, “Fənərbaxça”ya da uğurlar arzulayıram. Türkiyə klubunun Avropa Liqasında finala çıxmağını arzu edirəm”.

0
0