Azərbaycanın rəqibləri müəyyənləşdi
29.04.2013 - 19:55
Azərbaycanın rəqibləri müəyyənləşdi
Aprelin 29-da Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın nümayəndələri iştirak ediblər.

Çempionatda ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fil Dişi Sahili, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığının komandaları mübarizə aparacaqlar.

Püşkatmanın nəticəsinə görə A qrupunda Azərbaycanın rəqibi İraq, Mali və Kanada olub.

Qeyd edək ki, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və kapitanı Rəşad Sadıqov da iştirak edib.


A qrupu
Azərbaycan
İraq
Mali
Kanada

B qrupu
Əlcəzair
Fransa
Bəhreyn
Keniya

C qrupu
Oman
Fil Dişi Sahili
Almaniya
ABŞ

D qrupu
Braziliya
Niderland Krallığı
Qətər
Kamerun