Joze Mourinyo: Gələcəyim bu oyunla bağlı deyil
29.04.2013 - 21:12
Joze Mourinyo: Gələcəyim bu oyunla bağlı deyil
“Hər kəs bu matçda oynamaq istəyir və hər kəsin gəmidə olması mənə güvən verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis Çempionların Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya” ilə cavab oyun öncəsi mətbuat konfransı keçirib. Təcrübəli çalışdırıcı madridlilərin finala çıxışını qiymətləndirib: “Futbolda hər şey mümkündür, amma Dortmunddaki 4:1-lik hesab, sabahkı matçı bizim üçün daha pis hala gətirir. “Borussiya” ilə hesab nə olursa-olsun futboldan zövq alan, komanda ruhuna sahib olan və hakimin final fitinə qədər matçı buraxmayan bir komanda istəyirəm. Ancaq mənim üçün hər şey yalnız futboldur”.

Mourinyo gələcək karyerası haqda da fikirlərini bildirib: “Əgər biz uduzacağıqsa, “Real”ın məşqçisi kimi mənim son matçım olmayacaq. Bu mümkündür, bir dəfə mən Portuqaliya yığmasına başçılıq edəcəyəm, amma indi bu haqda düşünmürəm. Fikrimi tamamilə “Kral klubu”na yönəltmişəm”.

Qeyd edək ki, “Real” - “Borussiya” arasında ilk oyunda Dortmund klubu 4:1 hesabı ilə qələbə qazanıb.