Serxio Ramos “Borussiya”dan qisas almaq istəyir
29.04.2013 - 22:25
Serxio Ramos “Borussiya”dan qisas almaq istəyir
Sözsüz ki, biz çox çətin vəziyyətdəyik. Əgər final oynamaq istəyirsənsə, ən güclü klubları udmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın müdafiəçisi Serxio Ramos deyib.

Təcrübəli futbolçu Çempionların Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya” ilə cavab oyun öncəsi fikirlərini bildirib: “İnanmaq lazımdır ki, buna cavab matçı ərəfəsində bacarıqlıyıq. Əminəm ki, azarkeşlər bizi ilk dəqiqələrdən hücumda oynamağımızı tələb edəcəklər. Bunu da anlayırıq və Dortmunddakı hesabın səbəblərini ayırd etdik. Biz qisas istəyirik. Ən böyük istək, Çempionlar Liqasının finalında oynamaq. Mən “Real”ın səkkiz il formasını geyinmişəm və bunu da dərk edirəm”.