“Var gücümüzlə vuruşacağıq”
29.04.2013 - 23:28
“Var gücümüzlə vuruşacağıq”
“Real” inanır ki, onlar məğlubiyyətin əvəzini çıxa biləcəklər. Buna görə müvafiq yolla hərəkət edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözlər Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Kloppa məxsusdur.

Təcrübəli çalışdırıcı Çempionların Liqasının yarımfinal mərhələsinin “Real”la cavab oyun öncəsi mətbuat konfransı keçirib. O bildirib ki, komandası hələ finalda deyil: “İlk matçda öz azarkeşlərimizi çox sevindirdik və indi hər kəs bilir ki, biz necə oynaya bilirik. Lakin baxacağıq, sabah (bu gün) hər şey necə baş verəcək. “Real” bacardığını ortaya qoymağa çalışacaq. Hələ finalda deyilik, amma birinci matçın nəticəsi daha yaxşı idi. Biz bunu neçə vaxtdır ki, gözləyirdik. Sabah (bu gün) var gücümüzlə vuruşacağıq”.