Məmmədyarov Rəcəbovla heç-heçə etdi, Topalov qalib oldu - YENİLƏNİB
30.04.2013 - 20:25
Məmmədyarov Rəcəbovla heç-heçə etdi, Topalov qalib oldu - YENİLƏNİB
Bu gün Şahmat üzrə Qran-pri çərçivəsində III turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın XI - son günündə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov növbəti görüşünü keçiriblər.

Qrossmeysterlərimiz bu dəfə bir-biri ilə üz-üzə gəliblər və zəka sahiblərimiz heç-heçə ediblər.

Digər görüşlərdə isə Peter Leko ilə Rüstəm Qasımcanov, Qata Kamski ilə Aniş Qiri, Hikaru Nakamura ilə Fabiano Karuana və Ruslan Ponomaryovla Aleksandr Morozoviç xalları yarı bölüblər. Veselin Topalov isə Sergey Karyakini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov 4,5 xal toplayaraq turniri müvafiq olaraq 10 və 11-ci yerlərdə başa vurublar. Bolqarıstanlı şahmatçı Veselin Topalov isə 8 xalla yarışın qalibi olub.

XI tur
30 aprel


Peter Leko (2744, Macarıstan) - Rüstəm Qasımcanov (2709, Özbəkistan) – 0,5:0,5
Qata Kamski (2741, ABŞ) - Aniş Qiri (2727, Hollandiya) - 0,5:0,5
Veselin Topalov (2771, Bolqarıstan) - Sergey Karyakin (2786, Rusiya) – 1:0
Hikaru Nakamura (2767, ABŞ) - Fabiano Karuana (2772, İtaliya) - 0,5:0,5
Teymur Rəcəbov (2793, Azərbaycan) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) – 0,5:0,5
Ruslan Ponomaryov (2733, Ukrayna) - Aleksandr Morozoviç (2758,Rusiya) - 0,5:0,5


Xal durumu: Topalov – 8, Nakamura – 6,5, Ponomaryov, Karuana, 6, Morozoviç, Kamski – 5,5, Karyakin, Leko, Qiri – 5, Məmmədyarov, Rəcəbov, Qasımcanov – 4,5.