“İnter”in müdafiəçisi daha bir oyun keçirmək niyyətindədir
30.04.2013 - 00:42
“İnter”in müdafiəçisi daha bir oyun keçirmək niyyətindədir
İtaliya A seriyasının XXXIV turu çərçivəsində “Palermo” (1:0) ilə oyunda zədələnən “İnter”in müdafiəçi Xavyer Zanetti bu gün cərrahiyyə əməliyyatı olunacaq. Apasport.az saytının məlumatına görə, 39 yaşlı futbolçunun yenidən bərpa olunması minimum 6 ay çəkəcək.

Lakin yaşının çox olmasına baxmayaraq, argentinalı oyunçu zədəsini sağaldıb, yenidən yaşıl meydanlara qayıdacağını bildirib. O, yerli azarkeşləri önündə daha bir matç keçirmək niyyətindədir: “Hazırda qəti bir şey söyləyə bilmərəm. Əməliyyatın ardından vəziyyətə görə həkimlərlə danışıb, qərar verəcəyik. Ancaq hələ karyeram bitməyib. Önəmli olan özünü yaxşı hiss etmək, mən də yenidən qayıdacağıma ümid edirəm. Əgər karyeramı da başa vurmaq lazımdırsa, “İnter” azarkeşləri qarşısında sonuncu dəfə meydana çıxmaq istəyirəm”.

Qeyd edək ki, Zanetti 1995-1996 mövsümündən etibarən Milan klubunun şərəfini qoruyur.