Hafiz Məmmədov: “Lans” başqa bir hekayədi
30.04.2013 - 01:17
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov brifinq keçirib. Apasport.az saytının məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Məmmədov öncə Madrid “Atletiko”sunun ölkəmizə səfərindən danışıb.
- Azərbaycanda böyük bayramdır və mən də sizi təbrik edirəm. “Atletiko” klubunun rəhbərliyi, məşqçiləri, futbolçuları Bakıdadır və bu layihənin başlanma tarixini bilirsiniz. Artıq ikinci gündür “Atletiko” paytaxtımızdadır və yoldaşlıq oyunumuz var. Həmin matçdan sonra ölkəmizdən gedəcəklər. Bir daha sizlərin vasitəsilə azarkeşlərimizi stadiona dəvət edirik. Gəlib belə bir oyunu seyr etsinlər. Bu, doğrudan böyük bir layihədir. İnanıram ki, bunun “Bakı” ilə bərabər Azərbaycan futboluna böyük bir faydası olacaq.
- Əvvəl anons getdi ki, “Atletiko” ilə Azərbaycan yığması oynayacaq. Ancaq sonradan problem yarandığı üçün meydana “Bakı” çıxmalı olacaq...
- Heç bir problem olmadı. Sizə deyim ki, bəzi hüquqi məsələlər vardı. Buna əsasən alternativ yığmanın yaranmağının mümkün olub-olmadığı müzakirə obyekti idi. Hər şeyə aydınlıq gəldi. Hər 2 variant olar. Bir gün qalıb və sizi inandırım ki, hansı komandanın oynayacağını hələ də seçməmişik. Ancaq hər 2 komandanın oynamağı mümkündür.
- Milli komandanın baş məşqçisi Berti Foqts yığmanın “Atletiko” ilə oynamağını düzgün hesab etmədiyini bildirib...
- Sözün düzü, onun sözünün bəyənmədim. Foqts çox hörmətli şəxsiyyət, adlı-sanlı məşqçidir. Biz ondan çox razıyıq. Fəxr edirik ki, Foqts Azərbaycan yığmasının məşqçisidir. Ancaq onun bu fikri ilə razılaşmadım. Çünki “Atletiko” elə-belə bir komanda deyil ki, millinin futbolçuları onunla üzləşməsin.
- “Atletiko” ilə oyunda nəticə vacibdir, yoxsa?
- Bu, nəticədən, şoudan çox siyasətdir. Mən bunu demişəm, bir daha söyləyirəm ki, bu, cənab prezident İlham Əliyevin Azərbaycanda yürütdüyü siyasətdir. Sizi inandırım ki, İspaniyadan gələn bütün qonaqlar üçün Azərbaycan bir sürpriz olmuşdu. Yəni burda olan inkişaf, prezidentimizin hər bir sahədə gördüyü işlər nəticəsində əvəzolunmaz bir dövlətə, xalqa çevrilirik.
- Azərbaycan prezidenti İlham Əliyev “Atletiko”nu qəbul etdiyi zaman bunu idmanımız tarixində böyük bir hadisə kimi qeyd edib. Bunun Heydər Əliyevin 90 illik yubileyi öncəsi olmağı xüsusi bir əhəmiyyət daşıyır...
- Bilirsiniz, oyunla bağlı bir neçə tarix vardı. Biz bununla bağlı çox müzakirələr apardıq. Axırda aprelin 30-unu ona görə seçdik ki, Azərbaycanda bu ərəfədə ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbirlər keçirilir. Biz də ona görə matçı bu vaxtda nəzərdə tutaraq, onun yubileyinə həsr etdik.
- Bakıya gələcək veteran futbolçulardan Hakan Şükür, Rüştü Rəcbər, Abdulla Avçı şəxsi dəvətlərinizlə gələrək, sizin qonaqlardır. Onlarla gələcək əməkdaşlıqla bağlı hansısa bir görüşlər olacaq...
- Bu da bizi sevindirir. Hakan Şükür bizim qonaqdır, ya yox, fərq etmir. Hər bir məşhur şəxsiyyətin Azərbaycan gəlməyi bizi sevindirir. Mən sizə bir sürpriz deyim ki, bizim də qonaqların içində 4 nəfər tanınmış ispan futbolçular var. Onlar İspaniya futbolunun əfsanələridir. Ola bilsin ki, bir-ikisi oyunda iştirak eləsin. Onların adları sonra sizə açıqlayarıq.
- Fransanın “Lans” klubunu almağınızla bağlı da çoxlu söz-söhbətlər gəzir. “Atletiko” da almaq niyyətində olduğunuzu bildirilir. Bunlar nə dərəcədə doğrudur?
- “Atletiko” ayrı bir söhbətdir, “Lans” ayrı. Hər iki əməkdaşlığın əvvəlində daha çox siyasət durub. Biz ölkəmizi tanıtdırmaq üçün bu addımları atırıq. “Lans”la bağlı söhbət ayrı bir hekayədir. Bilirsiniz, Fransa böyük dövlətdir. Ora ermənilərin daha çox yaşadığı ikinci bir ölkədir. “Lans” variantı ilə bağlı da çox geniş müzakirələr aparmışıq. İnşallah, yaxında buna aydınlıq gələcək. Azərbaycan bayrağı “Lans”ın stadionunda dalğalanmalıdır.
- Bizim üçün azərbaycanlı bir şəxsin Avropada klub almağı da önəmlidir...
- Bu, qalsın sonraya, necə deyərlər, hələ ki şərhsiz. Hazırda bizlər üçün önəmli “Atletiko”nun, ünlülərin burda olmağıdır. Onlar meydana çıxıb, şou göstərəcəklər.
- “Bakı” avrokuboklardan kənarda qala bilər. Bu, faciə olmayacaq ki?
- Yox. Mən bunu əvvəl də söyləmişdim. Bu ili daha çox uşaq futboluna, “Atletiko”, “Lans”la olan əməkdaşlığa yönəltdik. Zamanımızın çoxunu da ona sərf etdik. İnşallah, nəticəni görürsünüz, bayramda iştirak edirsiniz. Biz “Atletiko” ilə bəzi müzakirələr apardıq. “Bakı” bu klubun sistemini öz təlim-məşq proseslərində istifadə edəcək. “Atletiko”nun sistemini “Bakı” klubu üçün tətbiq etmək istəyirik. İnşallah, yaratmaq istədiyimiz sistem ilk olaraq bizdə olacaq.
Mehman SÜLEYMANOV

0
0