Het-trik edib, 4-cü pilləyə yüksəldi
30.04.2013 - 03:29
“Aston Villa”nın hücumçusu Kristian Bentek İngiltərə Premyer Liqasının bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu ölkə çempionatının XXXVI turu çərçivəsində evində “Sanderlend”lə (6:1) matçda het-trik edərək, vurduğu qolların sayını 18-ə çatdırıb.
Benteklə 1-ci sırada qərarlaşan “Mançester Yunayted”in forvardı Robin van Persini 7 top ayırır. 23 qolla “Liverpul”un oyunçusu Luis Suares 2-ci, “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyl isə 19 qolla 4-cüdür.
İngiltərə Premyer Liqasında bombardirlər siyahısının ilk “5-liy”i:
1. Robin van Persi (“Mançester Yunayted”) - 35 matçda 25 qol
2. Luis Suares (“Liverpul”) - 33 matçda 23 qol
3. Qaret Beyl (“Tottenhem”) - 29 matçda 19 qol
4. Kristian Bentek (“Aston Villa”) - 32 matçda 18 qol
5. Miçu (“Suonsi”) - 32 matçda 17 qol

0
0