Alper Potuk “Qalatasaray”a keçməyə çox yaxındır
30.04.2013 - 05:20
Alper Potuk “Qalatasaray”a keçməyə çox yaxındır
Heyətində bir neçə məşhur futbolçular olan “Qalatasaray” daha bir gənc oyunçu ilə anlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” bir müddətdir transfer etmək istədiyi “Əskişəhərspor”un 22 yaşlı müdafiəçisi Alper Potukun keçidinə çox yaxındır.

Əskişəhər təmsilçisinin prezidenti Halil Ünal da bu xəbərləri təsdiqləyib. O, Potukun “aslanlar”la anlaşmasına yaxın olduğunu bildirib.

Qeyd edək ki, Alper cari mövsümdə Superliqada 3, Avropa Liqasında isə 1 qol vurub.