“Real”ın finala çıxmaq şansı var”
30.04.2013 - 06:06
“Hesab edirəm ki, “Real”ın finala çıxmaq şansı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın yarımmüdafiəçisi Anxel Di Maria deyib.
Argentina millisinin üzvü Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyun öncəsi fikirlərini bildirib: “Əsas cavab matçına yaxşı başlamaq lazımdır. Biz start fitindən dərhal sonra hücuma atılıb, qol vurmalıyıq. Onda nə isə qazanmaq mümkün olacaq”.
Qeyd edək ki, Dortmundda keçirilən ilk matçda “Borussiya” “Real”ı 4:1 hesabı ilə məğlub edib.

0
0