Millimizin hücumçusu 10 dəqiqə oynadı
30.04.2013 - 08:59
Millimizin hücumçusu 10 dəqiqə oynadı
Milli komandamızın hücumçusu Rüfət Dadaşov Almaniya Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Kayzerslautern” Trir “Ayntraxt”ı ilə qarşılaşıb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu oyunda Rüfət meydana son 10 dəqiqədə daxil olub. O, 80-ci dəqiqədə “qırmızı iblislər”in hücumçusu Yan-Lukas Dorovu əvəzləyib. Bu, millinin düşərgəsindən qayıtdıqdan sonra Rüfət Dadaşovun ilk oyunu olub.

Qeyd edək ki, “Kayzerslautern”də hələ də qol hesabını aça bilməyən 21 yaşlı forvard mayın 29-da Qətərlə yoldaşlıq görüşü və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyununa da dəvət alıb.