“Borussiya” finalda!
01.05.2013 - 00:38
UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Madriddə aydınlıq gəlib.
“Santyaqo Bernabeu” stadionunda “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Almaniyada keçirilən ilk matçda rəqibinə 1:4 hesabı ilə uduzan “Kral klubu” bunun əvəzini çıxmağa çalışacaqdı. Lakin dortmundluların da meydanda “Real”a təslim olacağı heç də inandırıcı görünmürdü.
Oyuna isə ev sahibləri bir qədər üstün başlayıb. İlk dəqiqələrdən hücuma atılan Joze Mourinyonun yetirmələri hesabı açmağa çalışıblar. Düzdür, matçın əvvəlində Madrid təmsilçisi bir neçə qol imkanları yaratsalar da, ələ düşən fürsətdən yararlana bilməyiblər və tərəflər fasiləyə bərabərliklə yollanıblar.
İkinci hissədə “Borussiya” da hücumlarının kəsərini artırıb. İlk matçda het-trik edən Robert Levandovskinin bu dəfə bəxti gətirməyib. Belə ki, Dortmund klubunun hücumlarının birində polşalı forvardın zərbəsi qapı tirindən qayıdıb. “Real” isə istəyinə son dəqiqələrdə çatıb. Əvvəlcə 83-cü dəqiqədə Kərim Benzema hesabı açaraq, yerli azarkeşləri sevindirib. Qoldan 5 dəqiqə sonra Serxio Ramos fərqi 2 topa çatdırıb. Matçın qalan vaxtında isə fərqlənənə bilməyən “Real”ın finala çıxma ümidləri puç olub.
Beləliklə, “Uembli”də baş tutacaq finalda oynayacaq ilk komanda “Borussiya” olub.
30 aprel
“Real” (İspaniya) – “Borussiya” (Dortmund) - 2:0
QOLLAR: Kərim Benzema, 83, Serxio Ramos, 88
İlk oyun – 1:4

0
0