Vüqar Əsgərov Latviyada növbəti qolunu vurdu - FOTO
30.04.2013 - 09:52
Vüqar Əsgərov Latviyada növbəti qolunu vurdu - FOTO
Milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Metallurq” evdə “Yelqava”ya böyük hesabla qalib gəlib – 3:0.

450 azarkeşin şahidlik etdiyi qələbədə Vüqarın da əməyi az olmayıb. Belə ki, start heyətdə yer alan Əsgərov 33-cü dəqiqədə darmadağının əsasını qoyub. Onu 84-cü dəqiqədə Andrey Kirilyin əvəzləyib.

Qeyd edək ki, Vüqar Əsgərov cari mövsüm 2-ci qolunu vurur. O martın 16-da Latviya kubokunda “Skonto”nun qapısına yol tapmışdı.