“Bakı” - “Atletiko” oyunu ödənişli kanalda
30.04.2013 - 10:28
“Bakı” - “Atletiko” oyunu ödənişli kanalda
“Bakı” ilə İspaniyanın “Atletiko” klubu arasında keçiriləcək yoxlama oyunu pullu kanalla yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçiriləcək qarşılaşmanı İspaniyaya yayım hüququna “Canal+Liga” yiyələnib.

“Sogecable” şirkətinə məxsus kanal bu gün saat 20:00-da başlayacaq qarşılaşmanın yayımını son anda həll edib.

Qeyd edək ki, özəl, ödənişli kanal olan “Canal+Liga” 2009-cu ildə yaradılıb.