“All Star of Azerbaijan” – “Atletiko” matçı Rəhim Həsənova tapşırıldı
30.04.2013 - 11:09
“All Star of Azerbaijan” – “Atletiko” matçı Rəhim Həsənova tapşırıldı
Bu gün keçiriləcək “All Star of Azerbaijan” – “Atletiko” matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, görüşü FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi deyilsə də, əslində belə deyil. Belə ki, Hakimlər Komitəsi bu qarşılaşmanı digər FİFA referisi Rəhim Həsənova tapşırmaq qərarına gəlib.

Qeyd edək ki, saat 20:00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.