“Xəzər Lənkəran” 11 min manat cərimələndi
30.04.2013 - 12:24
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXVIII turunun qarşılaşmalarında baş verənlər müzakirə edilib.
Kubokun “Xəzər Lənkəran” – “Bakı” matçında meydan sahiblərinin 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 35 və 62-ci dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənublular daha 2000 manat ödəməli olacaq. Qarşılaşma başa çatdıqdan sonra təhlükəsizlik təmin olunmadığı üçün ( meydançaya azarkeşlər daxil olub) meydan sahibi 5000 manat cərimələnib. “Qarabağ” – “Neftçi” görüşünün ilk dəqiqəsində hər 2 klubun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün onlar hərəyə 1000 manat ziyana düşüb.
Təkcə kubok matçına görə 8000 manat cərimələnən “Xəzər Lənkəran” çempionatın AZAL-la matçında da cəzalanıb. Topaz Premyer Liqasının XXVIII turunun görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, Elnur Allahverdiyev 45-ci dəqiqədə qırmızı vərəqə aldığı üçün 2000 manat xərcə düşüb. Müdafiəçinin özxü isə 2 oyunluq kənarlaşdırılıb. Cənublular 2 oyuna görə ümumilikdə 11000 manat ziyana düşüb.
“Kəpəz” – “Sumqayıt” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qəbələ” – “Qarabağ” matçının 21-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibləri 2000 manat ziyana düşüb.
“Neftçi” – “İnter” qarşılaşmasında qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000, İbrahim Niassenin qırmızı vərəqəsi üçün 200 manat cərimə olunub. Niassenin özü isə 1 oyunluq kənarlaşdırılıb.

0
0