Yığmamızdan darmadağın
30.04.2013 - 13:06
Rusiyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Novorossiysk və Anapa şəhərinin 1998-ci il il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığması ilə qarşılaşan futbolçularımız rəqibini darmadağın edib - 4:0. Bahadur Həziyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Samir Əliyev və Məhərrəm Həsənov fərqlənib.
Qeyd edək ki, millimiz ilk oyunda Novorossiyskin “Çernomorets” klubunu məğlub etmişdi – 1:0.
Mənbə: affa.az
Qeyd edək ki, millimiz ilk oyunda Novorossiyskin “Çernomorets” klubunu məğlub etmişdi – 1:0.
Mənbə: affa.az
0
0