Hakan Şükürlə Rüştü Rəçbər Bakıda
30.04.2013 - 13:24
Hakan Şükürlə Rüştü Rəçbər Bakıda
Türkiyəli futbol veteranları Azərbaycana gəliblər. Apasportaz saytının məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 1-də veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak etmək üçün Türkiyə milli komandasının baş məşqçisi Abdulla Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəçbər artıq Bakıdadırlar.

Onlar qonağı olduqları “Bakı”nın bu gün Madrid “Atletiko”su ilə Tofiq Bəhramov adına Respublika stadionundakı yoldaşlıq görüşünü izləyəcək.

Hakanla Rüştü sabah saat 20:00-da “Bayıl Arena”da azərbaycanlı veteranla matçda meydana çıxacaq.