Elxan Məmmədov türkiyəli futbol ulduzları ilə görüşdü - FOTO
30.04.2013 - 15:18
Elxan Məmmədov türkiyəli futbol ulduzları ilə görüşdü - FOTO
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Bakıya gələn Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəcbərlə görüşüb. Apasport.az saytının məlumatına görə, Məmmədov türkiyəli qonaqlara dəvəti qəbul edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak edəcəkləri üçün minnətdarlığını bildirib.

Türkiyə futbolunun məşhur simaları qardaş ölkədə olduqlarından böyük məmnunluq hissi keçirdiklərini bildiriblər.

Qeyd edək ki, oyun saat 20:00-da “Bayıl Arena”da keçiriləcək.

Mənbə: affa.az