“Xəzər Lənkəran” rəsmisi: Onlara 50 azarkeşin izlədiyi oyunlar lazımdır
30.04.2013 - 16:06
“AFFA İntizam Komitəsi tərəfindən komandamıza bu qədər sərt qərarlar verilməsini gözləmirdik. Düzdü, qərarların çox hissəsi ilə razılaşırıq. Amma azarkeşlərin oyundan sonra meydana daxil olmasına görə bu məbləğdə cərimənin kəsilməsi gülüncdür”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
İntizam Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran” 11 min manat cərimələnib. Cəbrayıloğlu bildirib ki, “Bakı” ilə cavab yarımfinal oyunundan sonra azarkeşlərin meydana daxil olmağına görə 5 min manat cəzanın verilməyi düzgün deyil: “Bu qərarı verənlər zəhmət çəkib, bütün idman saytlarında qoyulan videolara baxsınlar. Azarkeşlərimiz daxili qoşunların əsgərlərinin və polisin nəzarətində meydana daxil olub, komandasının finala adlamasını bayram edir və sonra sakitcə arenanı tərk edir. Bu, bütün dünyada var və heç bir ölkə də buna görə həmin kluba cəza kəsmir. Çünki matç bitdikdən sonra qələbəni bayram etmək nə vaxtdan yasaq olunub? Bir nəfərin burnu qanamayıb, kimsə dalaşmayıb”.
Cəbrayıloğlunun fikrincə, Topaz Premyer Liqasının son turunda Bakıda keçirilən matçda da eyni hal baş verib: “Bəs nədən İntizam Komitəsinin iclasında bu müzakirə olunmayıb? Məncə, orda oturanlar Azərbaycan futbolunun inkişafını zərrə qədər də düşünmürlər. İcraiyyə Komitəsinə 50 azarkeşin izlədiyi oyunlar lazımdır. Ölkə başçısı “Atletiko” klubunu qəbul etdiyi günün səhəri belə əcaib qərar verib, insanları futboldan iyrəndirənlər bu ölkənin gələcəyini düşünmürlər”.

0
0