Türkiyəli qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarında - FOTOLAR
30.04.2013 - 17:36
Türkiyəli qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarında - FOTOLAR
Bakıda səfərdə olan Türkiyə futbolunun tanınmış nümayəndələri - Hakan Şükür, Rüştü Rəçbər və Abdullah Avcı, həmçinin AFFA və "Bakı" rəhbərliyi bu gün Fəxri Xiyabana gedib. Apasport.az saytının məlumatına görə, türkiyəli qonaqlar Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyub.

Sonra onlar Şəhidlər Xiyabanına yola düşüb, burda 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarına gül dəstələri qoyub. Qonaqlar habelə ötən əsrin əvvəllərində Bakının işğaldan azad olunması uğrunda canından keçmiş türk əsgərlərinin xatirə kompleksini də ziyarət edib.

Qeyd edək ki, onlar sabah mərhum prezidentimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək veteranların beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar ölkəmizdə səfərdədir.