“Xəzər Lənkəran” doğma şəhərdə məşqə çıxdı
30.04.2013 - 19:34
“Xəzər Lənkəran” doğma şəhərdə məşqə çıxdı
Topaz Premyer Liqasının XXIX turu çərçivəsində may ayının 3-də “Kəpəz”i “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün saat 14:30-da stadionun ərazisində yerləşən baza-otelinə çatıb.

Bir neçə saatlıq istirahətdən sonra komanda yardımçı meydançada məşqə çıxıb. Ötən turun AZAL-la oyununda çıxış edən futbolçular yalnız qaçışla kifayətləniblərsə, həmin matçı ehtiyat skamyada keçirən futbolçular bir saat ərzində hazırlıq prosesində iştirak ediblər.

Qeyd edək ki, mayın 1-də “Xəzər Lənkəran” səhər və axşam saatlarında olmaqla iki dəfə məşq edəcək.

Mənbə: 12cioyuncu.info