Bakıda velosiped bayramı keçirilib
30.04.2013 - 20:49
Bakıda velosiped bayramı keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası Yeni bulvar ərazisində velosiped həvəskarları üçün “7-dən 77-yə” adlı yarış təşkil edib. Yarışda 7 yaşından yuxarı bütün vətəndaşlar güclərini yoxlayıblar.
Belə ki, tədbirə yüzlərlə velosiped həvəskarı qatılıb. Müxtəlif yaş kateqoriyalarında 4 km-ə yaxın bir məsafədə yarışan iştirakçılar böyük bayram əhval-ruhiyyəsi yaradıblar. Hər yaş kateqoriyası üzrə yarışların qaliblərinə BMW markalı velosipedləri hədiyyə edilib.

0
0