Millimizin müdafiəçisi oynadı, komandası qazandı
30.04.2013 - 22:33
Millimizin müdafiəçisi oynadı, komandası qazandı
Rusiya I divizionunun XXX turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun komandası “Baltika” doğma azarkeşləri önündə Krasnoyarski “Yenisey”ini qəbul edib.

Görüşdə Kalininqrad təmsilçisi qonaqları darmadağın edib - 3:0.

Yığmamızın müdafiəçisi Qurbanov da qarşılaşmada iştirak edib. O, matçın 77-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Baltika” 28 oyundan 43 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.