“Bavariya” müdafiədə oynamaq istəmir
30.04.2013 - 23:01
“Əvvəl deyirdim ki, dünyanın ən yaxşı komandası bizə qarşı mübarizə aparacaq və mən indiyə qədər də belə düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab matç öncəsi fikirlərini bildirib: “Bu görüşdə müdafiədə sıx oturmayacağıq. Bizim də öz fəlsəfəmiz və öz oyunumuz var. Ona görə hücuma cəsarətlə gedəcəyik və qol vurmağa çalışacağıq. “Barsa” müvəffəqiyyətli klubun əla nümunəsidir”.
Qeyd edək ki, “Barselona” - “Bavariya” matçı bu gün keçiriləcək. İlk oyun isə münhenlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

0
0