Novruz Əzimov: “Atletiko” bütün gücü ilə oynamadı
30.04.2013 - 23:27
“Bu oyun klubda olan perspektivli futbolçulara baxış cəhətdən çox vacib idi. Bəziləri özlərini yaxşı tərəfdən göstərə bildilər. Vadim Abdullayev, Mahir Mədətov, Elşad Rzazadə, Vüqar Mustafayevi qeyd edə bilərəm. Onlar göstərdilər ki, əsas komandada çıxış etməyə qadirdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Atletiko” ilə yoldaşlıq görüşündə “Bakı”nın baş məşqçisi olan Novruz Əzimov deyib.
53 yaşlı çalışdırıcı Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesablı uduzduqları Madrid təmsilçisini çox yüksək səviyyəli komanda olduğunu bildirib: “Bunu deməyə ehtiyac yoxdur. Hər bir çox ağıllı, düşüncəli futbolçulardır. Heç bir ləngimə olmurdu, vaxtında ötürmələr verilirdi, açılmalar olurdu. Böyük ustalıq elə odur. Sadə oyunla öz sözlərini dedilər. Məncə, “Atletiko”nun səviyyəsi bu oyunundan da yüksəkdir. Onlar belə matçda bütün gücü ilə oynamadılar. Düzdür, bizim futbolçular da mübarizə aparsa da, yetərli olmadı”.
Məlum olduğu kimi, “Atletiko”ya qarşı Azərbaycanın ulduz futbolçulardan ibarət komandasının oynayacağı elan olunmuşdu. Ancaq sonda “Bakı”nın yerli futbolçuları meydana çıxmalı oldu. Məsələ ilə bağlı fikirlərini açıqlayan Əzimov heç bir kluba müraciət etmədiklərini söyləyib: “AFFA klublara müraciət etmişdi. Ancaq onlar futbolçularını buraxmaq istəməyib. Legionerlərlə də oynamaq olardı. Ancaq əvvəlcədən deyilmişdi ki, azərbaycanlı futbol ulduzları gələcək. “Bakı” oyunçuları da Azərbaycan futbolunun təmsilçiləridir və Allah eləsin ki, onlar ulduz olsunlar”.
Baş məşqçilik üçün darıxmayan keçmiş müdafiəçi bunu ayrı bir söhbətin mövzusu sayır: “Bu vəzifəyə qayıdışım müvəqqəti idi. Sadəcə, belə bir oyunda baş məşqçinin azərbaycanlı olmağı rəmzi xarakter daşıyırdı. “Atletiko”nu çalışdıran argentinalı həmkarı Dieqo Simeone ilə oyundan sonra görüşdük, bir-birimizə uğurlar arzuladıq. Mən ona “Real”la ölkə kubokun final oyununda uğurlar dilədim”.
Qeyd edək ki, ötən mövsüm “Bakı”ya rəhbərliyi altında ölkə kubokunu qazandıran Əzimov az sonra vəzifəsindən getdikdən sonra klubda idman direktorudur.
Mehman SÜLEYMANOV

0
0