“Barselona” döyüşsüz təslim olmayacaq”
30.04.2013 - 23:30
“Barselona” döyüşsüz təslim olmayacaq”
“Bəli, “Bavariya”ya qol vurmağa imkan vermək olmaz. Bu, bizim əsas hədəfimiz deyil, amma əgər top buraxacağıqsa, daha mürəkkəb olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Barselona”nın baş məşqçisi Tito Vilanovaya məxsusdur.

O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə cavab matç öncəsi fikirlərini bildirib. Vilanova Kataloniya təmsilçisinin azarkeşlərindən də dəstək istəyib: “Finala çıxmaq üçün Münhen klubunun qapısına çox top vurmaq lazımdır. Bəli, biz uduza və turnirlə vidalaşa bilərik. Lakin heç bir halda “Barselona” döyüşsüz təslim olmayacaq. İkinci matçda kim finala çıxacaq? Bunun üzərində düşünmək gərək. Biz ümid edirəm ki, azarkeşlər bizə kömək edəcək. Ötən həftə Dortmundda və Münhendə azarkeşlər öz komandalarına fantastik dəstək göstərdilər və biz də fanatlarmızdan eyni reaksiyasını gözləyirik”.