“Bakı”nın futbolçusu ispan “radarı”na düşdü
30.04.2013 - 23:46
“Bakı”nın futbolçusu ispan “radarı”na düşdü
Son illər AFFA-nın planlı iş görməsi get-gedə faydasını verməkdədir. Apasport.az saytının xəbərinə görə, artıq gələcək vəd edən futbolçular yavaş-yavaş “boy göstərməkdədi”.

Belə ki, ölkəmizdə səfərdə olan Madrid “Atletiko”sunun skautları U-17-nin üzvünü sıralarına qata bilər. “Bakı” ilə keçirilən qarşılaşmanın ardından məlum olub ki, Mədətov pirineylilərin “radarı”na düşüb.

16 yaşlı futbolçunun solaxay olması və cəldliyi ilə seçilməsi, ispanların nəzərindən qaçmayıb. Odu ki, yayda bu futbolçu ilə bağlı “Bakı” ilə danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, Mahir U-17-nin aparıcı oyunçularındandı və bu səbəbdən də “Bakı”da oynamasına rəğmən, Premyer Liqa təmsilçilərinin maraq dairəsindədi.