“Bizdə hələ Avropadakı kimi inkişaf getmir“ - MÜSAHİBƏ
01.05.2013 - 00:52
“Bizdə hələ Avropadakı kimi inkişaf getmir“ - MÜSAHİBƏ
“Bakı”nın və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- “Atletiko”ya 0:3 hesabı ilə uduzduğunuz yoldaşlıq görüşünü necə dəyərləndirərdiniz?
- Nəticənin önəmi yox idi. Sadəcə, şou xarakterli bir oyun idi. Bu, həm də Azərbaycanı tanıtmağı baxımından məqsədi ilə keçirilirdi. Oyuna ciddi yanaşaraq, normal başladıq. İkinci hissədə gənc futbolçulara çox üstünlük verildi.

- Həmin gənclərdən bəziləri sizinlə Azərbaycan çempionatında oynayıb. Ümumi götürəndə, gözlədiyiniz, sizə kömək edə biləcək oyun tərzi göstərə bildimi?
- Onlar arasında 1-2 belə oyunçu vardı. Ancaq təəssüflər olsun ki, bizdə hələ ki Avropadakı kimi inkişaf getmir. Gözlə görürük də. Reallıq ancaq bunu deyir.

- “Atletiko”nun əsas futbolçuları – Falkao, Arda oynamadı. Buna münasibətiniz?
- Özləri bilərlər. Mən buna nə deyə bilərəm?

- Millimizin heyətində güclü yığmalara, ulduz futbolçulara qarşı oynamısınız. Bir fərq var idimi?
- Yox. Eyni futboldur. Çox sadə futbol oynayırlar. Bu, istər Avropa yığmaları, istərsə də klublarına aiddir. Bizim oyundan fərqlənir.

- Sizin üçün yığma güclü rəqib olur, yoxsa “Atletiko” kimi klub?
- Çox ayırmazdır. Mənə elə gəlir ki, eynidir. Qeyri-adilik hiss eləmədik.

- “Atletiko”ya qarşı yığmamızın oynamaq planı var idi. Əgər millinin ən yaxşı futbolçuları oynasaydı, fərqli oyun görə bilərdik?
- Bəli. Bunun dəqiqliyi ilə deyə bilərəm.

- Bu oyun sizə çempionat öncəsi yorğunluq yaratmayacaq?
- Yox.

Mehman SÜLEYMANOV