Tomas Müller Lionel Messini təriflədi
01.05.2013 - 01:04
“Əlbəttə, Messi komandası üçün dayaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller deyib.
Almaniya milli komandasının üzvü Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə cavab matç öncəsi fikirlərini səsləndirib. O, Kataloniya təmsilçisinin argentinalı hücumçusu Lionel Messini tərifləyib: “Əgər insan hər mövsümdə 50 qol vurursa, tamamilə komanda ondan asılı olar. Əslində mən bilmirdim ki, onun ilk matçda vəziyyəti necə idi. Lakin Lionel ölkə çempionatında ehtiyat oyunçular skamyasından meydana daxil olaraq, əla qola imza atdı. Düşünürəm ki, o, bizi bu oyunda işləməyə məcbur edəcək”.

0
0