“Real” finalda olmalı idi”
01.05.2013 - 02:32
“Hər şey ilk matçda həll oldu, ancaq bu gün biz özümüzü finalda oynaya biləcəyimizi göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Real”ın hücumçusu Kriştianu Ronaldoya məxsusdur.
Təcrübəli futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında Dortmund “Borussiya”sını (2:0) məğlub edib, finala keçə bilməmələrinə şərh verib: “Biz “Borussiya” ilə mübarizənin ilk dəqiqələrində qol imkanlarını qaçırtdıq və sonda vurduq. Lakin çox gec oldu. Azarkeşlərə onların dəstəyi üçün təşəkkür etmək istəyirəm. Biz məyus olduq. Çünki bu son oyunumuz oldu. “Real” sübut etdi ki, rəqibdən daha yaxşıdır, ancaq birinci matçın hesabı oyunun taleyini həll etdi”.

0
0