Yurgen Klopp qol buraxdıqlarına təəssüflənir
01.05.2013 - 03:20
Yurgen Klopp qol buraxdıqlarına təəssüflənir
“Sonluq bir qədər dramatik oldu. Baxmayaraq ki, əvvəlcə əks-hücuma keçirdik və hətta hesabı da aça bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı çalışdırıcı Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a 2:0 hesabı ilə uduzub, finala keçmələrini dəyərləndirib: “Biz ilk 20 dəqiqədən sonra oyunun sürətini aşağı salmağı bacardıq. Yalnız özümüzü günahlandıra bilərik. Ona görə ki, rəqibin o iki topunu buraxıb, nəticədə oyunu uduzduq. Bilirsiniz, 90 dəqiqə bu gün çox uzun çəkdi. Biz çox yaxşı oynayırdıq, əfsus qol buraxdıq. Əlbəttə, madridlilər keyfiyyətli futbol göstərməyə və oyunda diktə etməyə bacarıqlıdır”.

Qeyd edək ki, Almaniyada keçirilən ilk matçda “Borussiya” 4:1 hesabı ilə qələbə qazanıb.