Teves 33 yaşında Argentinaya qayıdacaq
01.05.2013 - 04:07
Teves 33 yaşında Argentinaya qayıdacaq
“Mançester Siti”nin hücumçusu Karlos Teves gələcək karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının üzvü bir neçə ildən sonra ölkəsinə qayıdacağını və “Boka Xuniors”un yenidən şərəfini qorumaq istədiyini bildirib.

29 yaşlı futbolçu vətəninə 33 yaşında qayıtmağı düşünür: “Mən “Boka Xuniors”a qayıtmaq üçün ölürəm. Qızım məndən bu haqda xahiş edir. Lakin indi bunu etmək çətin olacaq. Kim mənim transferimə görə pul ödəyəcək? Oynamadığım zaman klubum məni “Milan”a 17 milyon avroya satmaq istəmədi. İndi isə getmək daha çətin olacaq. 33 yaşımda Argentinaya qayıdacağam”.

Qeyd edək ki, Teves peşəkar karyerasına 2001-ci ildə “Boka Xuniors”da başlayıb. Karlos 4 il bu klubun formasını geyindikdən sonra Braziliya “Korintians”ına keçib.