Gündoğan finalda “Bavariya” ilə qarşılaşmaq istəyir
01.05.2013 - 05:38
Gündoğan finalda “Bavariya” ilə qarşılaşmaq istəyir
“Çempionlar Liqasında ilk finalım olacaq. İnşallah, bütün Türkiyə bizi dəstəkləyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan deyib.

Türkəsilli futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a 2:0 hesabı ilə uduzub, finala keçmələrini dəyərləndirib. Almaniya milli komandasının üzvü finalda “Bavariya” ilə qarşılaşmalarını istəyir: “Final tək matç və ən az 90 dəqiqə olacaq. Əlavə vaxt olarsa, 120 dəqiqə də ola bilər. Çox həyəcanlı olacağını düşünürəm. Əlimizdən gələn hər şeyi ən yaxşı şəkildə etmək istəyirik. Hələ ki rəqibimiz 100 faiz müəyyən deyil. “Bavariya” ilə oyunda “Barselona”nın işinin çətin olacağını düşünürəm. Amma Almaniya klubu olduğu üçün münhenlilərin finala keçməsini istəyirəm. Elə olsa bir alman finalı olar və kubok nə olur-olsun Almaniyaya gəlir. İnşallah, kuboku biz qazanarıq”.