“Futbol “Bakcell” ilə” layihəsinə start verildi - FOTOSESSİYA - VİDEO
01.05.2013 - 09:47
“Futbol “Bakcell” ilə” layihəsinə start verildi - FOTOSESSİYA -  VİDEO
AFFA-nın “Bakcell” şirkəti ilə əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verilib. Apasport.az saytının məlumatına görə, “Futbol “Bakcell” ilə” layihəsi AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbol və sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğinin gücləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində 2 yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə 2 dəfə təmənnasız məşq keçmək imkanı əldə edəcək. Eyni zamanda bütün məşq ləvazimatları AFFA tərəfindən təmin olunacaq.

Layihəyə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 56-58 ünvanında inşa olunmuş süni örtüklü meydançada start verilib. Əvvəlcə AFFA prezidenti Rövnəq Abdullayev yeni meydançanın qarşısında qırmızı rəmzi lenti kəsib.

Milli komandamızın baş məşqçisi Berti Foqtsun və “Mançester Yunayted”in sabiq hücumçusu Duayt Yorkun topa ilk toxunuşundan sonra isə “Rəvan”ın sabiq çalışdırıcısı Bəhmən Həsənovun rəhbərliyi ilə meydançada müxtəlif futbol məşqlərinə başlanılıb. Sonda AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakcell”in baş icraçı direktoru Riçard Şirer tədbirin əhəmiyyəti haqda fikirlərini bölüşüb.